Azadsöz.az xəbər verir ki, avqustun 4-də Qarabağdakı erməni separatçılarının açdığı atəş nəticəsində şəhid olan Anar Kazımovun anası Səyyarə Kazımova bir qədər əvvəl Şəmkirin Qaracəmirli kəndində dünyasını dəyişib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Şəhid anasının ötən gün halının pisləşdiyi, xəstəxanaya aparıldığı bildirilir. Aparılan müalicə tədbirlərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.