23 İyun 2024 08:35

Azərbaycan Qazaxıstana qalib gələrək qrup ikincisi oldu

Azadsöz.az xəbər verir ki, yığmamız Millətlər Liqasının 2022/23 mövsümündə son matçına çıxıb.
C liqasının 3-cü qrupunda yer alan Canni de Byazinin yetirmələri Qazaxıstanı qəbul edib. Son iki matçında qələbə qazanan millimiz qrup qalibini üstələməklə ikinci yeri tutmaq niyyətində idi.

Qonaqların bir saatdan çox azlıqda çıxış etdiyi görüşün ilk yarısında hesab açılmasa da, komandamız fasilədən sonra vurduğu 3 qolla ardıcıl üçüncü qələbəsini qazanıb. Bununla da Azərbaycan yığması qrupu 10 xalla ikinci pillədə başa vurub.

Qrupun digər oyununda Slovakiya ilə Belarus 1:1 hesablı heç-heçə edib.