Azadsöz.az xəbər verir ki, Göyçay rayonunun giriş hissəsində tikilmiş “Qarabağ Azərbaycandır” Xatirə Kompleksinin üzərində asılmış Azərbaycan, Türkiyə və Pakistanın dövlət bayraqları yağışın, küləyin və günəşin təsirindən zədələnərək görkəmini itirdiyindən dirəklərdən bayraqlar götürülmüşdür.
Göyçay rayon İcra Hakimiyyətinin tapşırıq və göstərişinə əsasən Göyçay rayon Bayraq Muzeyinin rəhbəri Aqil İbrahimovun iştirakı və Cəyirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Vüsal Abbasov tərəfindən bayraqlar yenisi ilə əvəz olunub.