Azadsöz.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, Zaqreb “Dinamo”sunun futbolçusu Mahir Emreli millimizə çağırılıb.
Hücumçu Millətlər Liqasında Slovakiya və Qazaxıstanla oyunlar üçün yığmaya dəvət alıb.
Qeyd edək ki, millimiz sentyabrın 22-də Trnavada Slovakiyanın qonağı olacaq, sentyabrın 25-də isə Bakıda Qazaxıstanla qarşılaşacaq.