Azadsöz.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin korteji Kiyevdə qəzaya uğrayıb.
Bu barədə dövlət başçısının mətbuat katibi Sergey Nikiforov feysbuk hesabında yazıb.
“Kiyevdə Ukrayna Prezidentinin və onu müşayiət edən maşınlar minik avtomobili ilə toqquşub. Prezident həkim müayinəsindən keçib, ciddi xəsarət aşkarlanmayıb”, – o yazıb.
Prezident korteji ilə toqquşan minik avtomobilinin sürücüsü isə xəsarət alıb. Prezidenti müşayiət edən həkimlər ona ilkin tibbi yardım göstərib və zərərçəkmişi təcili tibbi yardım maşınına təhvil veriblər.