06 May 2024 22:16

Fərqliliyimiz Uğurumuzdur

Şəhid kapitan İkinci Şəhidlər Xiyabanında dəfn olundu

Azadsöz.az xəbər verir ki, Azərbaycan Ordusunun erməni təxribatı nəticəsində şəhid olan hərbi qulluqçusu Dövlət Sərhəd Xidmətinin (DSX) 28 yaşlı kapitanı Fərid Mehbalıyev Yasamal rayonu ərazisində yerləşən İkinci Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, Yasamal Rayon İcra Hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edib.