09 May 2024 02:56

Fərqliliyimiz Uğurumuzdur

“Atletiko”nun baş məşqçisi rekordu təkrarladı

Azadsöz.az xəbər verir ki,  “Atletiko”nun baş məşqçisi Dieqo Simeone Madrid klubunun sabiq baş məşqçisi Luis Araqonesin rekordunu təkrarlayıb.

O, buna komadanı La Liqanın 5-ci turunda “Selta” ilə matça (4:1) çıxarmaqla nail olub. Argentinalı mütəxəssis bununla da “Atletiko” ilə La Liqada 407-ci oyununa çıxıb. Beləliklə, Simeone bu göstəricidə rekordun sahibi Luis Araqonesə çatıb.

Dieqo La Liqanın 6-cı turunda  sentyabrın 18-i  keçiriləcək  “Real” la  görüşlə  yeni  rekorda imza  atmağa  yaxındır.