09 May 2024 04:46

Fərqliliyimiz Uğurumuzdur

Məhkəmə Elçin Sadıqovla bağlı qərar verdi

Azadsöz.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən  vəkil Elçin Sadıqov barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı göndərilən təqdimata baxıb.

Hakim Fərid Əmirəliyevin sədrliyi ilə keçirilən prosesdə Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən həbs qətimkan tədbiri seçilməsi ilə bağlı göndərilən təqdimat təmin edilib.

Qərara əsasən E. Sadıqov Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsi ilə təqsirləndirilərək barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Əvəz Zeynallı və vəkil E. Sadıqov “Baku Still Company”şirkətinin həbsdə olan sabiq rəhbəri Rasim Məmmədovun ailə üzvlərindən külli miqdarda rüşvət almaqda təqsirləndirilir.