“Azadsöz.az” Göyçay rayon İcra Hakimiyyətinin rəsmi saytına istinadən xəbər verir ki, 09 sentyabr 2022-ci il tarixdə rayon Ağsaqqallar Şurasının illik Hesabat iclası keçirilib.
Tədbirdə Respublika Ağsaqqallar Şurasının sədr müavini Eldar İbrahimov, Milli Məclisin deputatları Məzahir Əfəndiyev və Cavid Osmanov, rayon İcra Hakimiyyəti başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, Göyçay rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri Atəş Salahov, rayon Ağsaqqallar Şurasının üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüblər.
Vətən Müharibəsində rayon İcra Hakimiyyəti başçısı səlahiyyətlərini icra edən İkram Vəliyev çıxış edərək bildirdi ki, Respublika Ağsaqqallar Şurasının müvafiq tapşırıq və tövsiyyələrinə uyğun olaraq bu gün bütün ölkədə olduğu kimi rayonumuzda da aktiv fəaliyyəti ilə seçilən rayon Ağsaqqallar Şurası formalaşmışdır. Göyçay rayon Ağsaqqallar Şurası da Respublika Ağsaqqallar Şurasının hazırladığı İş və fəaliyyət planlarını yerinə yetirməkdədir.
Daha sonra tədbirdə çıxış edən Respublika Ağsaqqallar Şurasının sədr müavini Eldar İbrahimov, Milli Məclisin deputatları Məzahir Əfəndiyev və Cavid Osmanov, Göyçay rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri Atəş Salahov, rayon Ağsaqqallar Şurasının üzvü Almaz Cəfərova, rayon Ağsaqqallar Şurasının İdarə heyətinin üzvü Eldəniz Məmmədov çıxış edərək rayon gənclərinin ilə zərərli vərdişlərə yoluxmamaları, erkən nigaha və dini ekstremizmə qarşı, koronavirusa yoluxmanın qarşısının alınması məqsədilə Ağsaqqallar Şurası tərəfindən maarifləndirmə tədbirlərinin keçirilməsi şuranın səmərəli fəaliyyətinin göstəricisi kimi dəyərləndirdilər və ötən dövr üçün rayon Ağsaqqallar Şurasının fəaliyyətini qənaətbəxş hesab olmasını təklif ediblər.