“Azadsöz.az” Göyçay informasiya agentliyinə istinadən xəbər verir ki, 02 sentyabr 2022-ci tarixində saat 09:00-dan 15:00-dək Göyçay rayon İcra Hakimiyyətinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Göyçay Rayon Mərkəzi Xəstəxanasının təşəbbüsü ilə Göyçay Gənclər Evində Elmi Tədqiqat Emtalogiya İnstitunun əməkdaşlarının iştirakı ilə qanvermə aksiyası keçiriləcək.
Qeyd edək ki, qanvermə aksiyası talassemiya, leykosit, və digər qan xəstəliyindən əziyyət çəkən xəstələrə kömək etmək məqsədilə həyata keçirilir.