08 May 2024 01:17

Fərqliliyimiz Uğurumuzdur

Göyçay rayonunun Çərəcə kəndində səyyar qəbul keçirildi-FOTOLAR

“Azadsöz.az” Göyçay informasiya agentliyinə  istinadən xəbər  verir  ki, 01 sentyabrda Göyçay rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyevin növbəti səyyar qəbulu qrafikə uyğun olaraq Çərəkə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin Çərəcə kəndində keçirildi.RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Səyyar qəbuldan əvvəl kənd Şəhidlər Xiyabanında torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin məzarları ziyarət olunub.

Daha sonra keçirilən qəbuldan öncə qanı ilə tarix yazaraq şəhidlik zirvəsinə ucalan hərbçilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev qəbulda çıxış edərək Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində şəhidlərimizin, qazilərimizin,veteranlarımızın keçdiyi şərəfli döyüş yolundan,Çərəcə kəndinin eləcə də rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən görülən və həmçinin görüləcək işlərdən danışıb. Ölkə başçısının tapşırıqlarına əsasən əhali ilə mütamadi olaraq keçirilən belə görüşlərin əsas məqsədi sakinlərə daha yaxın olmaq, onları narahat edən məsələləri öyrənmək və həlli istiqamətində işləri həyata keçirmək lazım olduğunu vurğulayıb.

Görüşdə kənd sakinləri internet, torpaq, yol, arxın qazılması, istifadə müddətini başa vurmuş transformatorun yenisi ilə əvəz olunması, məktəbin əsaslı təmiri ilə bağlı rəy və təkliflərini veriblər.

Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qisminin həllinə yerindəcə köməklik göstərilib, araşdırılmasına ehtiyac olan digər məsələlərin həlli aidyyəti üzrə müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.

 

 

facebook sharing button
twitter sharing button
sharethis sharing button
whatsapp sharing button
vk sharing button
digg sharing button
tumblr sharing button
linkedin sharing button
messenger sharing button
odnoklassniki sharing button
yahoomail sharing button
gmail sharing button