Azadsöz.az xəbər verir ki, 16 avqustda Göyçay rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyevin sədrliyi ilə müşavirə keçirilib.
Müşavirədə RİH başçısı aparatının əməkdaşları, şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev çıxış edərək kəndlərdə əkilən tut tinglərinə aqrotexniki qulluğun olunması və mütamadi olaraq yoxlamaların aparılması, qarğıdalı, çəltik əkininin aparılması və vaxtında təfil verilməsi, kəndlər üzrə avqust ayının sonuna kimi su pulunun ödənilərək başa çatdırılması, kəndlərdən keçən qaz xətlərinin üzəri kol-kosdan, qurumuş ağaclardan təmizlənməsi məsələlərinə toxunub.
Müşavirədə mövcud problemlərin və onların aradan qaldırılması ilə bağlı şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrə tapşırıqlar verilib.Görüləcək işlər təhlil olunaraq müzakirə olunub.