Azadsöz.az xəbər verir ki, Göyçay Telekommunikasiya Qovşağının rəisi vəzifəsi müvəqqəti olaraq Eynulla Abbas oğlu Məmmədova həvalə olunub.
Bununla bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev əmr imzalayıb.
Xatırladaq ki, Vəli Vəliyev 4 avqust 2022-ci il tarixdə nazirin müvafiq əmri ilə vəzifəsindən azad edilib.