19 Sentyabr 2024 04:54

Şəhid Eldar Şirinovun doğum günüdür

Azadsöz.az  xəbər  verir  ki,  12 iyulda  torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş Eldar  Şirinovun doğum günüdür. Eldar Bağır oğlu Şirinov 12 iyul 2001-ci ildə Göyçay rayonunun Çərəkə kəndində anadan olub. O, ailənin ən kiçiyi, iki bacının bir qardaşı idi.

Şəhidimiz  2007-ci ildə Çərəkə kənd orta məktəbinin birinci sinfinə  gedib. Məktəbi bitirdikdən sonra, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə qəbul olub.Təhsilini yarımçıq  saxlayaraq həqiqi hərbi xidmətə yollanıb. Xidmətini Beyləqan rayonunun “N” saylı kəşfiyyat bölüyündə davam etdirən Eldar şərəflə  Vətənə olan borcunu yerinə yetirib.

 Eldar Şirinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak  edib. Oktyabrın 3-də  Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Göyçay rayonun Çərəkə kəndində dəfn olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən Eldar Şirinov  ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com