16 Sentyabr 2024 23:06

Göyçaylı qadın və kişi qəzaya düşüb, onlardan biri ölüb, digəri yaralanıb

Azadsöz.az  xəbər  verir  ki, iyulun 11-də axşam saatlarında Qaraməryəm-İsmayıllı yolunda, rayonun Qarakolluq kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Betonqarışdıran maşın qarşı tərəfdən gələn Göyçay rayonunun Alxasava kənd sakini, 1992-ci il təvəllüdlü Şükran Cəfərovun idarə etdiyi 23-BG-945 dövlət nömrə nişanlı “VAZ 2104” markalı minik avtomobilinə çırpılıb. Yük avtomobilinin sürücüsü həmin an nəqliyyat vasitəsini dayandıra bilmədiyi üçün betonla dolu maşın “VAZ 2104″ün üstündən keçərək faciəyə səbəb olub.

Hadisə zamanı minik avtomobilinin sürücüsü Şükran Cəfərov aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib, onun həyat yoldaşı yaralandığı üçün xəstəxanaya aparılıb. Məlumata görə Şükran Cəfərov 15 gün öncə ailə həyatı qurub, bu gün faciəli şəkildə dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.