19 Sentyabr 2024 19:55

Şəhid Xəyyam Hüseynovun ad günü qeyd olundu-FOTOLAR

Azadsöz.az xəbər verir ki, 11 iyul 2022-ci il tarixdə Qarabağı işğaldan azad edərək xalqımıza qələbə sevincini bəxş edən, bu yolda canından, qanından keçən igid Vətən oğullarından biri Hüseynov Xəyyam Hüseyn oğlunun ad günü şəhidin məzarı önündə qeyd olundu.

Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının məsul şəxsləri, YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay Rayon Şöbəsinin rəisi Famil Əliyev, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayonu şöbəsinin sədri Eldəniz Rüstəmov, şəhid ailələri, kənd sakinləri və şəhidin ailə üzvləri iştirak ediblər.

Əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev şəhidin ailəsinə baş sağlığı verərək, Rəşadətli Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb.Vurğulayıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qəhrəman oğullarımız sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən azad edib. Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır. Bu gün azad olunmuş torpaqlarda aparılan abadlıq-quruculuq və yenidənqurma işləri bütün dünyaya dövlətimizin qüdrətini, xalqımızın əyilməz iradəsini nümayiş etdirir.

Daha sonra mərasimdə YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayonu şöbəsinin sədri Eldəniz Rüstəmov və digərləri çıxış edərək Xəyyam Hüseynovun keçdiyi qısa və mənalı həyat yolundan söz açıblar.Vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə və ziyarət məkanımıza çevriləcəklərini bildiriblər.
Sonra məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Tədbirin sonunda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Şəhid Xəyyam Hüseynovun ad günü qeyd olundu-FOTOLAR

Şəhid Xəyyam Hüseynovun ad günü qeyd olundu-FOTOLAR

Şəhid Xəyyam Hüseynovun ad günü qeyd olundu-FOTOLAR

Şəhid Xəyyam Hüseynovun ad günü qeyd olundu-FOTOLAR

Şəhid Xəyyam Hüseynovun ad günü qeyd olundu-FOTOLAR

Şəhid Xəyyam Hüseynovun ad günü qeyd olundu-FOTOLAR

Şəhid Xəyyam Hüseynovun ad günü qeyd olundu-FOTOLAR

Şəhid Xəyyam Hüseynovun ad günü qeyd olundu-FOTOLAR

Şəhid Xəyyam Hüseynovun ad günü qeyd olundu-FOTOLAR

facebook sharing button
twitter sharing button
sharethis sharing button
whatsapp sharing button
vk sharing button
digg sharing button
tumblr sharing button
linkedin sharing button
messenger sharing button
odnoklassniki sharing button
yahoomail sharing button
gmail sharing button

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com