19 Sentyabr 2024 20:09

Şəhid Xəyyam Hüseynovun doğum günüdür-FOTOLAR

Əbəs yerə deməyiblər, Azərbaycan qəhrəmanlar diyarı, igidlər və cəsurlar yurdudur. Bunu Vətən müharibəsində işğalçı düşmənə qan uddurub, onları torpaqlarımızdan qovan Rəşadətli Ordumuz bir daha bütün dünyaya sübut etdi. Cəmi 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın mərd oğulları Qarabağda qəhrəmanlıq dastanı yazdılar.Qanı ilə tarix yazan oğullarımızdan biridə şəhid Xəyyam Hüseynov oldu.

Hüseynov Xəyyam Hüseyn oğlu 1996-cı il iyulun 11-də Göyçay rayonunun Məlikkənd kəndində anadan olub. 2002-ci ildə Sakit Salahov adına tam orta məktəbin birinci sinifinə gedib.2013-cü ildə orta təhsilini əla qiymətlərlə bitirdikdən sonra ali məktəbə, “Biologiya” müəllimliyi ixtisasına qəbul olub,lakin özünü bu sahədə görmədiyi üçün təhsilini davam etdirməmişdir.

Həqiqi hərbi xidmətə çağrılan şəhidimiz Beyləqanda “N” saylı hərbi hissədə şərəflə, qorxmazcasına Vətənə olan borcunu yerinə yetirib, 2016-cı ildə yenidən doğma yurduna, ailəsinin yanına dönür.Yenidən təhsil almaq üçün Mingəçevir Turizm Kollecinə qəbul olsa da bir müddət sonra təhsilini yarımçıq saxlayır.Ədəbiyyata, musiqiyə böyük həvəs göstərən Xəyyamın ən böyük arzusu rejissor olmaq olur.Onun qələmə aldığı şeirlərində Vətənpərvərlik, qəhrəmanlıq hissini görmək olar.Arzusu şeirlərindən ibarət kitabını çap etdirmək idi.Lakin ermənilərin cəbhədəki təxribatları, Vətən müharibəsi onun arzularını arxa plana atmasına səbəb olur.

Xəyyam Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edir. Ağdərə istiqamətində gərgin döyüşlərə qatılan igidimiz ilk döyüş tapşırığını uğurla yerinə yetirir. Lakin ikinci tapşırığa gedəndə isə ağır yaralanaraq sentyabrın 27-də şəhid olub. Göyçayda doğulduğu Məllikənd kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Xəyyam Hüseynov ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalı ilə təltif dilib.
Azadsöz.az 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com