22 Noyabr 2024 16:48

Göyçayda şəhidin ailəsinə ev tikilir

Azadsöz.az xəbər verir ki, Göyçay rayonunun İnçə kənd sakini 7 yanvar 1994-cü il tarixdə Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Abdulxalıqov Teymur Cayəddin oğlunun evi 30 may 2021-ci il tarixdə elektrik qısaqapanması nəticəsində əşyalarla birlikdə tamamilə yanaraq, kül olub.

Şəhid anası Abdulxalıqova Solmaz Heydər qızının Göyçay rayon İcra Hakimiyyətinə etdiyi müraciəti nəzərə alan rayon rəhbəri sözügedən ünvana baxış keçirərək, yeni evin tikilməsi üçün göstəriş verib. Şəhidimizin ailə üzvləri üçün dörd otaqdan ibarət kommunal xidmətləri ilə bir yerdə evin tikintisinə başlanıb.

Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev şəhidin ailəsi üçün tikilən evdə tikinti işlərinə baxış keçirərək bəzi tapşırıq və tövsiyələrini verərək, tez bir zamanda evin təfil verilməsini tapşırıb.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qazilərə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğı, onların sosial-məişət şəraitinin yaxşılaşdırması istiqamətində gördüyü uğurlu işlər Göyçay rayonunda da davam etməkdədir.

Qeyd edək ki, Abdulxalıqov Teymur Cayəddin oğlu 1974-cü il martın 16-da Göyçay rayonunda anadan olub.1993-cü il oktyabrın 8-də həqiqi hərbi xidmətə çağrılıb.1994-cü il yanvarın 7-də şəhid olub, Göyçay rayonu İnçə kəndində dəfn olunub.

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul