16 Sentyabr 2024 23:19

Göyçayda avtomobil azyaşlı uşağı vuraraq öldürdü

THE CYCLE INVOLVED IN THE ACCIDENT..(KING/BROWN).

Azadsöz.az xəbər verir ki, rayonun Alıkənd kənd sakini, 2012-ci il təvəllüdlü oğlan axşam saatlarında velosipedlə yolu keçərkən Ziyatay Məmmədlinin idarə etdiyi “Toyota Prado” markalı minik avtomobilinin qarşısına çıxıb.

Sürücü idarəetməni itirərək velosipedçi uşağı vurub. Ağır bədən xəsarətləri alan 10 yaşlı uşaq Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılsa da, dünyasını dəyişib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsində araşdırma aparılır.