28 Noyabr 2024 18:55

Bu gün Şəhid Elşən Nuriyevin doğum günüdür-FOTO

Oğlunu itirən ananın dərdindən böyük dünyada dərd olmaz bəlkə də. Şəhid anası olmaq isə həm məsuliyyətli, həm də şərəfli bir işdir.Əbəs yerə deməyiblər, Azərbaycan qəhrəmanlar diyarı, igidlər və cəsurlar yurdudur. Bunu Vətən müharibəsində işğalçı düşmənə qan uddurub, onları torpaqlarımızdan qovan rəşadətli ordumuz bir daha bütün dünyaya sübut etdi. 44 günlük Vətən müharibəsində son damla qanına qədər vuruşaraq şəhidlik zirvəsinə ucalan qəhrəman övladlarımızdan biri də Elşən Nuriyevdir.

Elşən Əliisa oğlu Nuriyev 13 iyun 1996-cı ildə Göyçay şəhərində anadan olub.Vətənin işğal olunmuş ərazilərini düşmən tapdağından azad etmək idi şəhidimizin arzusu və şəhid olmaqla bu istəyinə çatdı.Gəncliyini Vətənə fəda edən igidimiz 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində irəliyə yön alıb, qorxmazlığı ilə sinəsini düşmən gülləsinə sipər edərək 4 oktyabr 2020-ci ildə şəhid olub. Böyük izdihamla Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Qeyd edək ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Nuriyev ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Unutmayaq ki, Şəhidlik uca bir zirvə olmaqla yanaşı, həm də bir məktəbdir. Elə bir məktəb ki, biz o məktəbdən igidliyi, mərdliyi, cəsurluğu, Vətən uğrunda candan keçməyin nə olduğunu öyrənirik. Elşən Nuriyev kimi Şəhid oğullarımız qanları ilə tarix yazaraq, öz adlarını Azərbaycanın zəfər tarixinə yazdırdılar. Həyatda ən böyük xoşbəxtlik elə Vətən yolunda şəhid olmaqdır. Lakin hər bir insana da şəhid olmaq, o əlçatmaz zirvəyə ucalmaq nəsib olmur.Başını dik tut şəhid Anası !. Şəhidimizin əbədi olaraq yanacaq məşəli var.Biz onları unutsaq nə tarix, nə də Vətən bizi bağışlayar.

Azadsöz.az

Bu gün Şəhid Elşən Nuriyevin doğum günüdür-FOTO

Ankara escort İstanbul Travesti Shemale İstanbul