Azadsöz.az xəbər verir ki, 11 iyunda Göyçay rayonunun Əli Kərim parkında yerləşən Uşaq Əyləncə Mərkəzinin elektrik naqillərində yanğın olub.
Hadisə yerinə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Göyçay Elektrik Şəbəkəsinin əməkdaşları əraziyə cəlb olunub və yanğının qarşısı alınıb.