Azadsöz.az xəbər verir ki, Təhsil naziri Emin Əmrullayev 24 iyun 2022-ci il tarixində Mingəçevir şəhərində Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonlarında qeydiyyatda olan sakinləri qəbul edəcək.
Qəbulda qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Qeyd olunan şəhər və rayonların sakinləri 10 iyun 2022-ci il (saat 18:00-dək) tarixinədək Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng, elektron (https://edu.gov.az/az/contact_us) və rəsmi “Whatsapp” xidmətinə (0512067848) müraciət etməklə qəbula yazıla bilərlər.