23 Noyabr 2024 15:05

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Göyçayda vətəndaşları qəbul edəcək

Azadsöz.az xəbər verir ki, 3 iyun 2022-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli Göyçay rayonunda vətəndaşları qəbul edəcək.

Mingəçevir, Yevlax şəhəri, Göyçay, Ucar, Kürdəmir, Zərdab və Ağdaş rayonlarının sakinləri vətəndaş qəbulunda iştirak edə bilərlər.

Qəbul zamanı Mingəçevir, Yevlax şəhəri, Göyçay, Ucar, Kürdəmir, Zərdab və Ağdaş rayon sakinlərinin işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, ictimai işlər, peşə hazırlığı kursları və qurumun fəaliyyətinə aid digər sahələrə dair məsələlərlə bağlı müraciətləri cavablandırılacaq.

Qeyd edək ki, qəbul 3 iyun 2022-ci il saat 10:00-dan etibarən Göyçay rayonu, Heydər Əliyev prospekti 98 ünvanında yerləşən Heydər Əliyev mərkəzində keçiriləcəkdir.

Ankara escort İstanbul Travesti Shemale İstanbul