Azadsöz.az xəbər verir ki, 24 mayda rayon icra hakimiyyətinin inzibati binasında rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyevin, RİH başçısı aparatının məsul şəxslərinin, şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinin və rayonun aidiyyəti təşkilatlarının rəhbərlərinin iştirakı ilə vətəndaşların növbəti qəbulu keçirilib.
Rayon rəhbərliyi şəhid ailələrini, Vətən müharibəsi iştirakçılarını, eləcə də digər rayon sakinlərini fərdi qaydada qəbul edərək onları narahat edən internet, telefon xətti və məşğulluq məsələləri ilə bağlı müraciət və təkliflərini dinləyib.
Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən rayon rəhbərliyi müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün qəbulda iştirak edən müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.