Azadsöz.az xəbər verir ki, Kiçik Orta Biznes İnkişaf Agentliyinin (KOBİA) Yevlax və Göyçay – Ağdaş KOB inkişaf mərkəzləri, “Gələcək naminə” İctimai Birliyi, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Asosasiyası və Ailə Qadın və Uşaq Problemləri üzrə Göyçay Qadın Resurs Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində “Regionlarda qadınların iqtisadi gücünün artırılması” layihəsi həyata keçirilir.
Mayın 20-də Göyçayda layihə çərçivəsində “Regionlarda qadınların iqtisadi gücünün artırılması: perespektivlər və imkanlar” mövzusunda tədbir keçirilib. Tədbirdə kənd təsərrüfatı, xidmət və ticarət sahələrində fəaliyyət göstərən 100-ə yaxın sahibkar qadın iştirak edib.
Tədbirin məqsədi Göyçay, Ağdaş, Ucar, Zərdab, Yevlax, Bərdə, Gəncə və Mingəçevir rayonlarında müxtəlif sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların fəaliyəti ilə tanış olmaq, onları sahibkarlara göstərilən dövlət dəstəyi tədbirləri barədə məlumatlandırmaq və fikir mübadiləsi aparmaqdır. AQSİA-nın İdarə Heyətinin rəhbəri Səkinə Babayeva çıxışında qadınların sosial-iqtisadi gücü, ölkə iqtisadiyyatına verdiyi töhfələrdən və ailə biznesinə qadınınlar;n dəstəyindən, AQSİA-nın qadın sahibkarlara göstərdiyi dəstək mexanizmlərindən bəhs edib.
Tədbirdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınaların işgüzar əlaqələrinin genişləndiriməsi və şəbəkələşməsinə dəstək üzrə müzakirələr aparılmış, həmçinin qadınların əl işlərindən ibarət sərgi təşkil olunub.
Layihə çərçivəsində sahibkar qadınlar üçün mentorluq dəstəyinin göstərilməsi nəzərdə tutulub.