26 Aprel 2024 23:00

Fərqliliyimiz Uğurumuzdur

Rusiyada partlayış olub: Ölən və yaralananlar var

Azadsöz.az  xəbər verir ki, Rusiyanın Xabarovsk diyarının Amur vilayətində, hərbi hissələrin birində partlayış baş verib.

Hadisə vilayətin Teysin qəsəbəsində yerləşən hərbi hissədə olub.

Bir nəfərin öldüyü, səkkiz nəfərin yaralandığı bildirilir. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Partlayışın hərbi sursatla ehtiyatsız davranılması nəticəsində meydana gəldiyi ehtimal olunur.