Azadsöz.az xəbər verir ki, bu gün Göyçay rayon İcra Hakimiyyətinin akt zalında Çernobıl faciəsinin 36-cı ildönümü münasibətilə yığıncaq keçirilib.Yığıncaq rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyevin,RİH başçısı aparatının məsul şəxslərinin, və rayonun aidiyyəti təşkilatlarının rəhbərlərinin iştirakı ilə keçirilib.
Yığıncaqda dünyasını dəyişmiş Çernobıl qəzası iştirakçılarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan İkram Vəliyev bildirdi ki, 1986-cı il aprelin 26-da Ukraynanın Çernobıl Atom Elektrik Stansiyasında ötən əsrin ən böyük faciələrindən biri olan texnogen faciə baş vermişdir. Faciə nəticəsində minlərlə insan həlak olmuş və yaxud güclü radiasiyaya məruz qalaraq sağlamlığını itirmişlər.Qəzanın fəsadlarının aradan qaldırılmasında 7 mindən artıq Azərbaycan vətəndaşı fədakarlıq göstərmişdir. Onların arasında göyçaylılarda olublar.Hazırda rayonumuzda da Çenobıl əlilləri yaşayır.
Tədbirdə Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin rayon şöbəsinin sədri Şahnəzər Səlimov və Çernobıl qəzası iştirakçısı Mehman Eminov çıxış edərək, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyevə minnətdarlığını bildiriblər.
Daha sonra Çernobıl əlillərinin problemləri dinlənilib, həlli mümükün olan məsələlər bağlı aidiyyatı təşkilatlara tapşırıqlar verilib.