Azadsöz.az Xəbərlər.info.az-a istinadən xəbər verir ki, Ucar rayonuna gedərkən yolüstü qarşılaşdığım mənzərə bu yazını yazmağıma səbəb oldu. Ucar şəhərinin mərkəzində üç hektara yaxın sahəsi olan “Heydər Əliyev” parkı qaranlığa qərq olub.Parkın ətrafındakı işıq dirəklərində olan lampalarla yanaşı yerdən qoyulmuş lampalarda yanmır.
Sözügedən parkda ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılıb və bununla yanaşı həmin parkda Heydər Əliyev Mərkəzi fəaliyyət göstərir.Belə bir mənzərə ilə qarşılaşmaq nə ziyarətçilərin, nə də böyük dahinin adına xoşdur. Qaranlıq bürünmüş parkda insan dincəlmək əvəzinə az qalır ki, özünü itirsin. Gecə saatlarında bu parkı gəzmək fikirində olsan gərək ilk növbədə özün üçün fanar götürəsən ki, gəzərkən ayaqlarının altın görə biləsən, ya da qaranlıqda yıxılıb zədə almayasan.Bəlkə də Ucar rayon İcra Hakimiyyəti və Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsı parkı qaranlığ qərq etməkdə məqsədləri elektirik enerjisinə qənaət etməkləridir?.
Çünki, belə olmasaydı dahi şəxsiyyətin adını daşıyan park baxımsız vəziyyətdə qalmazdı.İnanıram ki, görüb çəkdiklərimdən bir nəticə çıxararaq, Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov ciddi tapşırıq verərək, problemin müsbət həlli istiqamətində işlər görəcək. Unutmayaq ki, hər bir məmurun vəzifəsi xalqa xidmət etməkdir.