Azadsöz.az Xəbərlər.info.az-a istinadən xəbər verir ki, Ucar rayonun 20 Yanvar küçəsi antisanitariyada itib-batmaqdadır.Bəli düz oxudunuz. “20 Yanvar” xalqın yaddaşına adını əbədi yazsa da bu rayonun sakinlərinə bu küçə heç də xoş təsürat yaratmır. Antisanitariya, natəmizlik bu küçədə o dəqiqə gözə çarpır. Natəmizlikdən əmələ gələn pis qoxudan küçənin yaxınlığından keçmək belə mümkün deyil, üfunətdən baş çatlayır. Ərazidə zibil yığnaqları vaxtında təmizlənmir bu isə infeksiyanın daha da artmasına yol açır, koronavurusun yayılmasına şərait yaradır.
Küçənin bu vəziyyətindən sevinən yalnız küçə itləri və siçovullardır.Bu küçədə yaşayan sakinlər evlərinə qonaq dəvət etməyə utanırlar.Amma, rayonun səlahiyyətli nümayəndələrinə küçənin bu cür vəziyyəti xoş gəlir. Çünki, adama deyərlər belə yerdən niyə hərəkət edirsən ki, özünü də zibilə salasan.Ona görə də, rayonun təmizliyinə baxan şəxslər yollarını burdan salmırlar.Buna görə də özlərini zibilə salmırlar.
Amma ümid edirəm ki, bu yazımdan sonra Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov başda olmaq, rayonun vəzifəli şəxsləri yollarını bu küçədən salacaqlar.O, zaman küçə dilə gəlib deyəcək ki, özünüzdən utanmısınızsa bu küçəyə qoyulan addan utanın buranı təmizləyin.
Hörmətlə:Yusif Rəsul.