27 Noyabr 2024 08:01

Bu gün ÇL-də ilk yarımfinalçılar müəyyənləşəcək

Azadsöz.az xəbər verir ki, bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşlərinə start veriləcək.

İlk oyun günündə 2 matç keçiriləcək. Nəticədə yarımfinalın ilk 2 iştirakçısı müəyyənləşəcək. İlk oyunda 3:1 hesablı qələbə qazanan “Real” “Çelsi”ni bu dəfə evdə qəbul edəcək. “Bavariya” isə ilk matçda 0:1 hesabı ilə uduzduğu “Vilyarreal”la doğma meydanda üz-üzə gələcək.

Qeyd edək ki, 1/4 finalın digər cavab oyunları aprelin 13-də keçiriləcək.

Çempionlar Liqası, 1/4 final

Cavab oyunları

12 aprel

23:00. “Real” (İspaniya) – “Çelsi” (İngiltərə)

Baş hakim: Şimon Marçinyak (Polşa)

İlk oyun – 3:1

23:00. “Bavariya” (Almaniya) – “Vilyarreal” (İspaniya)

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

İlk oyun – 0:1

13 aprel

23:00. “Atletiko” (İspaniya) – “Mançester Siti” (İngiltərə)

İlk oyun – 0:1

23:00. “Liverpul” (İngiltərə) – “Benfika” (Portuqaliya)

İlk oyun – 3:1

Ankara escort İstanbul Travesti Shemale İstanbul