06 May 2024 21:14

Fərqliliyimiz Uğurumuzdur

Klassik maşınların yürüşü keçiriləcək

Azadsöz.az xəbər verir ki, Azərbaycan Avtomobil Federasiyası (AAF) mayın 29-da Bakıda  klassik avtomobillərin yürüşünü keçirəcək.

Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək avtomobillər Bakı şəhəri üzrə yürüş edəcəklər.

Bununla əlaqədar olaraq, AAF klassik avtomobil sahiblərini və avtomobil həvəskarlarını tədbirdə iştiraka dəvət edir. 1982-ci ilədək istehsal olunan klassik avtomobil sahibləri 23 may saat 18:00-dək Avtomobil Federasiyasında qeydiyyatdan keçə bilər.