04 May 2024 20:42

Fərqliliyimiz Uğurumuzdur

Bu gün DSX Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək

Azadsöz.az xəbər verir ki, bu gün Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək.İmtahan Bakı şəhərində təşkil olunacaq.

İmtahanın keçirilməsi üçün 4 bina ayrılıb və prosesin idarə olunmasına 10 imtahan rəhbəri, 4 ümumi imtahan rəhbəri, 82 nəzarətçi-müəllim, 8 buraxılış rejimi əməkdaşı cəlb ediləcək. Saat 11:00-da başlayacaq imtahanda 915 şagirdin iştirakı nəzərdə tutulur. İmtahan binasına buraxılış saat 10:45-də başa çatır və bundan sonra gələn şagirdlər buraxılmır.

Test imtahanı aşağıdakı fənlər üzrə Azərbaycan dilində aparılır:
Azərbaycan dili;
Riyaziyyat.

Hər fənn üzrə şagirdlərə 30 qapalı tipli sual təqdim edilir. İmtahanın müddəti 90 dəqiqədir.