Azadsöz.az xəbər verir ki, Təl-Əvivdə silahlı terror hücumu olub.
İsrailli jurnalist Barak Ravid “Twitter” səhifəsində polisdəki mənbələrə istinadən yazıb ki, artıq terror hücumunda iki İsrail vətəndaşı həlak olub.
Hadisə şəhərin beş müxtəlif nöqtəsində qeydə alınıb. İlkin olaraq 6 nəfərin ağır yaralandığı bildirilir. Polis vətəndaşları evlərində qalmağa çağırıb.
Silahlı şəxsin və yaxud şəxslərin axtrışı davam edir.