23 Noyabr 2024 12:51

Kənd Təsərrüfatı Nazirliyinə yeni səlahiyyət verildi-FƏRMAN

Azadsöz.az xəbər verir ki, Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı”na aşağıdakı məzmunda bənd əlavə edilib:

“Kənd təsərrüfatı bitkilərinin toxum və əkin materialları, habelə seleksiya nailiyyətləri ilə bağlı “Toxumçuluq haqqında”, “Çayçılıq haqqında”, “Seleksiya nailiyyətləri haqqında” Azərbaycan Respublikasının qanunları və bu sahədə münasibətləri tənzimləyən Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş müvafiq tələblərə riayət olunmasının Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yoxlanılması”.

Ankara escort İstanbul Travesti Shemale İstanbul