23 Noyabr 2024 11:29

Ödənişli ictimai işlər proqramının icra prosedurları elektronlaşdırılır

Azadsöz.az xəbər verir ki, Prezident İlham Əliyevin 4 aprel 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planındakı tapşırığa uyğun olaraq, ödənişli ictimai işlərə cəlbolunma ilə bağlı müraciətlərin qəbulu və baxılması e-qaydada aparılacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi tərəfindən hazırda “İctimai işlər portalı”nın yaradılması işləri artıq yekunlaşmaqdadır.  

Portal haqqı ödənilən ictimai işlərin təşkili proseslərində şəffaflığın və işsiz şəxslərin məşğulluğunun təmin edilməsində operativliyin artırılmasına, sui-istifadə hallarının aradan qaldırılmasına, ictimai işlər sahəsində əməyin təşkili, idarə edilməsi və monitorinqinin daha səmərəli icrasına imkan yaradacaq.

Portalda qeydiyyatı olan hər bir sosial işçi ilə bağlı məlumatlar (özünün və ailə üzvlərinin sosial statusu, ictimai işlərdə çalışdığı qurum, əməkhaqqı və s.) aidiyyyəti qurumların informasiya sistemlərindən avtomatik olaraq əldə edilməklə toplanacaq. Həmin məlumatlar hər bir sosial işçinin şəxsi kabinetində öz əksini tapacaq. 

Bundan əlavə, portal iş vaxtının uçotu tabelinin formalaşdırılması, kadr hesabatlarının da elektronlaşdırılmasına imkan verir.   

Hazırda “İctimai işlər portal”nın test edilməsi prosesləri davam edir, nəticələr işçi qruplar tərəfindən təhlil olunur.  

İctimai işlər proqramının icrası üzrə səyyar yoxlama və monitorinq layihəsi də modul olaraq nəzərdə tutulub və test olunmaqdadır. Yaxın gələcəkdə bu sahədə də rəqəmsallaşdırma işlərinə başlanılacaq. 

Ankara escort İstanbul Travesti Shemale İstanbul