Azadsöz.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Layihə-Texnoloji və Konstruktor İdarəsinin rəisi Qüdrət Abışov idarə rəisi ağır xəstəlik nəticəsində 67 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Q.Abışov 1999-cu il dekabrın 30-dan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Layihə-Texnoloji və Konstruktor İdarəsinin rəisi idi.