Bu hüquqa İsveç millisi Çexiya üzərində minimal hesablı qələbə sayəsində yiyələnib. Əsas vaxtı qolsuz tamamlanan görüşdə yeganə qolu 110-cu dəqiqədə Robin Kuayson vurub.

Daha əvvəl bu hüquqa Portuqaliya, Şimali Makedoniya, Uels və Polşa da sahib çıxıb.

Beləliklə, martın 29-da keçiriləcək final görüşlərində qarşılaşacaqlar:

Uels – Şotlandiya / Ukrayna cütünün qalibi
Portuqaliya – Şimali Makedoniya
Polşa – İsveç

DÇ-2022, pley-off mərhələsi
Yarımfinal
24 mart

A yolu
23:45. Uels – Avstriya – 2:1

Qollar: Qaret Beyl, 25; 51 – Ben Devis, 65 (öz qapısına)

B yolu
23:45. İsveç – Çexiya – 1:0 (ƏLAVƏ VAXT – 1:0)

Qol: Robin Kvayson, 110 

C yolu

23:45. İtaliya – Şimali Makedoniya – 0:1

Qol: Aleksandar Traykovski, 90+2

23:45. Portuqaliya – Türkiyə – 3:1

Qollar: Otavio, 15. Dioqu Jota, 42. Mateus Nunes, 90+4 – Burak Yılmaz, 65

İstifadə olunmamış penalti: Burak Yılmaz, 85 (Türkiyə)

Qeyd edək ki, dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq.