Azadsöz.az xəbər verir ki, bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 400 ABŞ dollarını ötüb.
24 mart tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın “Title Transfer Facility”də (TTF) aprel fyuçerslərinin qiyməti 1 430,5 dollar təşkil edib. Hərracın başlanğıcından qaz 7,7% bahalaşıb.