28 Noyabr 2024 01:37

Azərbaycan Radiosunun “Yenə efirdəsən” verilişi diploma layiq görüldü-FOTOLAR

Azadsöz.az xəbər verir ki, Bakıda Kərkük Kültür Dərnəyinin Başqanı, Dr.Şemsettin Kuzeçinin “Türkmən milli takımı” , “Sinan Sait” və “İraq-Türkman Poeziya Antologiyası” adlı kitablarının təqdimatı keçirilib.

Uzun illərdir Azərbaycanla sıx əlaqələr quran Ş.Kuzeçi Kərkük xalqının çoxəsrlik tarixindən, milli oyanış və azadlıq mübarizəsindən, həmçinin, Türkmən və Azərbaycan xalqları arasında tarixən formalaşmış mədəni əlaqələrin inkişafından geniş söhbət açıb.

O, uzun illər Azərbaycan Radiosunun ərəb dili redaksiyasına rəhbərlik edən məşhur tərcüməçi, hərtərəfli istedad sahibi olan Sinan Səid haqqında xatirələrini bölüşüb. Yeri gəlmişkən, Azərbaycan tamaşaçıları Sinan Səidi daha çox müğənni Nərminə Məmmədova ilə duet ortağı kimi ifa etdiyi “Evlərinin dalı yonca” kərkük mahnısından tanıyırlar. Azərbaycana növbəti səfəri çərçivəsində Şəmsəddin Kuzeçi “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədovla da görüşüb.

Görüşdə Aztv ilə Kərkük Kültür Dərnəyi arasaında qarşıılıqlı əlaqələrin inkişafı, televiziya və radio kanallrında ortaq layihələrin reallaşdırılması istiqamətində ətraflı fikir mübadiləsi aparılıb. Yeri gəlmişkən deyək ki, başqan Şəmsəddin Kuzeçi xalqlarımız arasındakı mədəni əlaqələrinin inkişafındakı xidmətlərinə görə Aztv-nin rəhbərliyini və Azərbaycan Radiosunn əməkdaşı, “Yenə efirdəsən” verilişinin aparıcısı Günay Novruzu İraq -Tükmən ədəbiyyatına verdiyi töhfəyə görə diplomla təltif edib.

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul