07 May 2024 03:15

Fərqliliyimiz Uğurumuzdur

Göyçayda Novruz bayramı qeyd olundu – Fotolar

Azadsöz.az xəbər verir ki, Göyçay  Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Göyçay  rayonunda Novruz bayramı keçirilib.Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİHB-nın əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rayon icra hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev Novruz bayramı münasibətilə mərasim iştirakçılarını, bütün göyçaylıları təbrik edib.

Bayram tədbiri ilə əlaqədar təşkil olunmuş sərgiyə baxış keçirilmiş, rayon Mədəniyyət Mərkəzinin hazırladığı proqram əsasında novruz personajları olan kosa və keçəlin, bahar qızın iştirakı ilə, eləcə də uşaqların təqdimatında xalqımızın qədim milli ənənələrinə həsr olunmuş şeir və mahnılardan ibarət kompozisiyaları tamaşa edilib, bir-birini əvəz edən rəngarəng musiqi nömrələri, balacaların rəqsləri, Kosa və Keçəlin şən zarafatları, ədəbi-bədii səhnəciklər iştirakçılarda bayram sevinci yaradıb.

Bayram tədbiri yerli mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri konsert proqramı ilə davam etdirilib. Sonda Vətən müharibəsi şəhidinin anası, övladı və rayon rəhbəri bayram tonqalı alovlandırılıb.