Azadsöz.az xəbər verir ki, bu gün Sumqayıt Dövlət Dram Teatrının aktyoru Habil Xanlarovun doğum günüdür.Habil Tehran oğlu Xanlarov 1973-cü ildə Fizulidə anadan olub.
1990-cı ildə müsabiqə yolu ilə Füzuli Dövlət Dram Teatrının aktyor ştatına qəbul olunub. Füzuli şəhərinin ermənilər tərəfindən işğal olunması səbəbindən 1993-cü ildə Füzuli teatrı Sumqayıt şəhərinə köçürülüb.
Bir müddət eyni vaxtda həm Füzuli, həm də Sumqayıt Dövlət Musiqili Dram Teatrında işləyib (1993-2005).Bu günə kimi Sumqayıt Dövlət Dram Teatrının aktyorudur.
Aktyorun Ağalar İdrisoğlunun “Çarəsiz oyun” tamaşasındakı Ötkəm, Aqil Novruzov- S.S.Axundovun “Eşq və intiqam” əsərindəki baş rolu – Çingiz- İbad rollarını canlandırıb.Bununla yanaşı Surxay (“Toy”, S.Rəhman), Zaur (“Təhminə və Zaur”, Anar), Tehran (“Ağ bayraqlar”, Nodar Dumbadze), Yetim (“Milyonçunun dilənçi oğlu”, Şıxəli Qurbanov), Hüseynqulu xan (“Xacə şah”, Jan Kevr), qoca fermer (“Qarağaclar altında məhəbbət”, Yucin Onil), Uruz (“Oğuzlar”, “Dədə Qorqud” dastanı əsasında işləyən – F.Məhərrəmov) və s. maraqlı obrazları ilə tamaşaçıların böyük rəğbətini qazanıb.
Bizim qəribə taleyimiz (2005, qısametrajlı sənədli televiziya filmi) – aktyor