19 Sentyabr 2024 20:24

Rusiyanın general-mayoru öldürüldü

Azadsöz.az xəbər verir ki, Rusiyanın Şərq Hərbi Dairəsinin 29-cu Ordusunun komandanı, general-mayor Andrey Kolesnikov Ukraynada öldürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin rəhbərinin müşaviri Anton Geraşenko məlumat verib.

Onun ölümünün təfərrüatı məlum deyil.

Qeyd edək ki, Kolesnikovun xidmət etdiyi Şərq Hərbi Dairəsinin birləşmiş silahlı ordusuna idarəetmə bölməsi, motoatıcı, artilleriya, raket, zenit-raket birləşmələri, xüsusi təyinatlılar, RCB mühafizəsi, elektron müharibə, mühəndis dəstəyi daxildir.

Xatırladaq ki, martın əvvəlində Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiyanın 41-ci Ordusunun komandanı general-mayor Andrey Suxovetskinin də öldürülməsi barədə xəbər yayılmışdı.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com