Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin yüksək rütbəli əməkdaşı polkovnik-leytenant Mübariz Vəliyev dünən axşam saatlarında ürək tutmasından vəfat edib.
1970-ci il təvəllüdlü M.Vəliyev çalışdığı sahədə böyük xidmətləri olan zabitlərdən hesab olunub.
O, 2019-cu ildə Prezident İlham Əliyev tərəfindən Xidməti vəzifələrini yerinə yetirərkən əldə etdikləri yüksək nailiyyətlərə görə “İgidliyə görə” medalı ilə təltif edilib.
Mərhum bu gün dəfn olunub.(Bakupost.az)