28 Noyabr 2024 13:55

Göyçay Rayon İcra Hakimiyyətində yoxlamalara başlanıldı-YENİLƏNİB

Azadsöz.az  xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Göyçay Rayon İcra Hakimiyyətində yoxlamalara başlayıb. Yoxlamalar icra hakimiyyətində yol verilmiş bəzi qanun pozuntuları ilə bağlıdır. 

Göyçay Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev “Qaynarinfo”ya açıqlamasında bildirib ki, qurumun bütün vəzifəli şəxsləri dindirilir:

“Bütün vəzifəli şəxslər idarədə dindirilir. Bura bələdiyyələr, icra nümayəndələri, müəssisə və təşkilat rəhbərləri də daxildir. Yoxlamalar əsasən torpaq, tikinti və subsidiya məsələsi ilə bağlıdır. Hazırda bütün bu məsələlərlə bağlı istintaq gedir”.

14:50

Azadsöz.az Apa-ya istinadən xəbər verir ki, 
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Göyçay Rayon İcra Hakimiyyətində yoxlamalar aparır.

Yoxlamalar icra hakimiyyətində yol verilmiş bəzi qanun pozuntuları ilə bağlıdır.

Məlumata görə, Rayon İcra Hakimiyyətinin bir neçə vəzifəli şəxsi artıq dindirilib.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə bir neçə gün əvvəl vəzifəsindən azad edilib.

Ankara escort İstanbul Travesti Shemale İstanbul