23 Noyabr 2024 11:47

Himayədar ailələrə sosial dəstək olunacaq

Azadsöz.az xəbər verir ki, himayədər ailə modelində ana məqsəd uşaqların sosial xidmət müəssisələrinə düşməməsi, ailədə böyüməsidir. Həmin ailələrə dövlətin müvafiq sosial xidmət dəstək mexanizmləri müəyyən edilib və bu mexanizmlər çərçivəsində o ailələrə dəstək veriləcək.

Bunu jurnaılistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, əgər himayədar ailə metodu çalışmayacaqsa, uşaq sosial xidmət müəssisəsinə yerləşdiriləcək və həmin uşağın övladlığa verilməsi istiqamətində işə başlanılacaq.

“Dövlətin burada niyyəti və məqsədi birmənalı olaraq mümkün qədər uşaqların sosial xidmət müəssisələrində böyüməməsidir. Burada birincisi uşağın öz ailəsində qalması üçün sosial dəstəyin göstərilməsi, bu alınmayanda himayədar ailə mexanizminin işə düşməsi, bu da alınmayanda övladlığa verilməsi mexanizmidir.

Valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş hər bir uşaqla bağlı bu proses izləniləcək. Düşünürük ki, bu mexanizm dünyada olduğu kimi Azərbaycanda da uğurlu nəticə verəcək”, – deyə nazir bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Fərmanla himayədar ailə sahəsində dövlət siyasətinin, tənzimləmənin və dövlət nəzarətinin həyata keçirilməsi 2022-ci il noyabrın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilir.

Ankara escort İstanbul Travesti Shemale İstanbul