Azadsöz.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Qalatasaray”ın icarə qaydasında Belçikanın “Sportinq Şarlerua” komandasında oynayan futbolçusu Valentin Ozornvafor xoşagəlməz hadisə ilə üzləşib.
Belə ki, “Sent Jilliuz”a qarşı liqa matçında nigeriyalı futbolçu iki dəfə huşunu itirib. Buna 46-cı dəqiqədə top uğrunda mübarizə zamanı rəqib oyunçu Dantenin yumruğunun ona dəyməsi səbəb olub. Boynundan zərbə aldıqdan sonra Valentin yerə yıxılıb və özünə gələ bilməyib.
Futbolçu dərhal xəstəxanaya aparılıb. Hazırda həkim nəzarəti altında olan futbolçunun durumunun normal olduğu, onun özünə gəldiyi bildirilir.