Azadsöz.az xəbər verir ki, Müdafiə Nazirliyində kadr dəyişikliyi olub.
Bununla bağlı Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bir müddət öncə əmr imzalayıb.
Əmrə əsasən, polkovnik Elnur Kazımov Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinə rəis təyin edilib.
Qeyd edək ki, E.Kazımov Azərbaycan Respublikasının Hərbi prokurorunun müavini Rasim Kazımovun qardaşıdır.
Xatırladaq ki, sözügedən idarənin sabiq rəisi, polkovnik Məlikməmməd Qurbanov 2019-cu ildə xidmət müddətinin bitməsi ilə əlaqədar ordudan tərxis edilib.(Unikal)