27 İyul 2024 12:45

Karateçimiz finalda

Azadsöz.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Fujeyra şəhərində keçirilən Karate1 Premyer Liqa seriyası yarışında Azərbaycanın daha bir karateçisi finala yüksəlib.

68 kiloqram çəki dərəcəsində mübarizə aparan İrina Zaretska bütün rəqiblərinə qalib gələrək adını finala yazdırıb. 

Qeyd edək ki, bundan əvvəl komandamızın üzvü Tural Ağalarzadə (67 kq) də final görüşünə vəsiqə qazanıb.