Azadsöz.az xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyi Rusiya tərəfinə sorğu göndərərək Ukrayna sərhədləri yaxınlığında hərbi fəaliyyətin təfərrüatını açıqlamağı tələb edib.
Bu barədə qurumun rəhbəri Dmitro Kuleba özünün “Twitter” səhifəsində yazıb.
Kiyev tələblərini Etimad və Təhlükəsizlik Tədbirləri üzrə Vyana Sənədinə istinad etməklə irəli sürüb.
“Rusiyanın cavab vermək üçün 48 saat vaxtı var. Cavab verilməməsi və ya qeyri-kafi, qeyri-adekvat məlumat verilməsi halında, Ukrayna fövqəladə iclas çağırmaq üçün Rusiya Federasiyasına və Vyana Sənədinin iştirakçısı olan digər dövlətlərə müraciət edəcək”, – deyə ukraynalı diplomat bildirib.
Qeyd edək ki, Rusiya XİN Ukrayna tərəfinin sorğusunu əsassız adlandırıb.