Azadsöz.az xəbər verir ki, artıq kulta çevrilmiş franşizasını davam etdirəcək “Yura dövrü aləmi: Hakimiyyət” (Jurassic World: Domination) filminin ilk treyleri Universal Pictures Russia YouTube kanalında yayımlanıb.
Filminin rejissoru qismində 2015-ci ildə çəkilmiş “Yura aləmi”ni (Jurassic World) lentə almış Kolin Trevorrou çıxış edib.
Yeni filmdə əsas obrazları Kris Pratt və Bryus Dallas Hovard canlandıracaq. Həmçinin, “Yura dövrü parkı” (Jurassic Park, 1993) filmindən tanınan Sem Nil, Ceff Qoldblum və Laura Dernin simvolik personajları geri qayıdacaq.
Filmin premyerası 9 iyun 2022-ci ildə baş tutacaq. (oxu)